Din xadimlərindən prezidentə MÜRACİƏT

16:04 | 03.12.2015
Din xadimlərindən prezidentə MÜRACİƏT

Din xadimlərindən prezidentə MÜRACİƏT

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Elmi Dini Şurası və Qazılar Şurasının üzvləri, Azərbaycanın bölgələrindən olan din xadimləri və alimləri ölkəmizin dini ictimaiyyətinin narahatlığını, dindarların çoxsaylı müraciətlərini nəzərə alaraq, Prezident İlham Əliyevə müraciət qəbul ediblər.

Modern.az-ın məlumatına görə, müraciətdə deyilir:  

"Din xadimləri, QMİ-nin Elmi Dini Şurası və Qazılar Şurasının üzvləri Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyə, tolerant və multikultural muhitə və məzhəblərarası münasibətlərə zərbə vurmaq, hüquqi-demokratik dövlətin əsaslarını sarsıtmaq niyyəti ilə Nardaran qəsəbəsində bir qrup təxribatçı tərəfindən törədilmiş terror hadisəsinin dinlə bağlamaq cəhdləri birmənalı olaraq rədd edilir.

Baş verənlər xarici və daxili pozucu qüvvələr tərəfindən siyasi məqsədlərlə gündəmə gətirilən, cəmiyyətdə nifaq salmaq və dövlət çevrilişinə cəhd kimi qiymətləndirilir.

Azərbaycanın ictimai-siyasi sabitliyinə, tolerant həyat tərzinə xələl gətirə biləcək hər hansı xain layiqli cəzasını almalıdır. Din pərdəsi altında fəaliyyət göstərən radikal qruplar bu hadisələrdən nəticə çıxararaq öz məkrli niyyətlərinə son qoymalıdırlar. Taleh Bağırov və onun himayədarları tərəfindən yaradılmış "Müsəlman birliyi” adlı qondarma qurumun dindarlara heç bir aidiyyəti yoxdur və QMİ tərəfindən dini qurum olaraq tanınmır.

QMİ-nin Dini Şurası və Qazılar Şuralarının üzvləri olaraq, hüquq-mühafizə və xüsusi xidmət orqanlarından tələb edilir ki, ölkəmizin bütün inanclı insanlarının dərin narahatlığına səbəb olmuş bu hadisəni, kimliyindən asılı olmayaraq, dindən sui-istifadə etməklə törədənlərin dövlətçiliyimizə təhlükə yaradan əməllərinə hüquqi-siyasi qiymət verilsin.

Bu, Azərbaycan dindarlarının haqlı tələbidir.Azərbaycan dindarları dövlətçiliyimizə sadiqdirlər, milli mənafelərimiz, dini-mənəvi dəyərlərimizin qorunması istiqamətində zati-alilərinizin siyasətini, müstəqilliyimiz əleyhinə təxribatların qarşısının qətiyyətlə alınması yönündə səylərini dəstəkləyirlər.

Əminik ki, sabitlik və inkişafımızı gözü götürməyən qüvvələrin bu kimi təxribatçı cəhdləri möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz". 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM