DİN xüsusi təyinatlı bölməni ləğv etdi

10:15 | 26.02.2014
DİN xüsusi təyinatlı bölməni ləğv etdi

DİN xüsusi təyinatlı bölməni ləğv etdi

Ukraynada daxili işlər naziri vəzifəsini icra edən Arsen Avakov “Bekut”u ləğv etdi. ANS PRESS-in məlumatına görə, Avakov bir əmri ilə Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı bölməsi olan “Berkut”u ləğv etdi. Bu barədə Arsen Avakov özünün “Facebook” sosial şəbəkəsində yazıb:“25 fevral 2014-cü il tarixindən 144 nömrəli,-“ Mülki təhlükəsizlik milisinin xüsusi bölmələrinin ləğv edilməsi haqqında” əmri imzaladım”. Bundan əvvəl “Berkut”u ləğv etməyi Ali Radanın “Azadlıq” fraksiyasından olan deputatları təklif etmişdi. Bu haqda layihə fevrallın 13-də qeydiyyatdan keçirilmişdi. Məhz “Berkut” əksər hallarda kütləvi aksiyaları dağıtmaq haqda tapşırıqları yerinə yetirirdi ki, bu da son nəticədə hakimiyyət dəyişikliyinə gətirib çıxardı. Qanun layihəsini şərh edərək Rada spikeri Aleksandr Turçinov diqqət etdi ki, bu layihəni sona kimi işləyib hazırlamaq lazımdır.Çünki, kimsə vərəndaşların müdafiəsi funksiyasının yerinə yetirməlidir. Ehtimal edilirdi ki, deputatlar və DİN qanun layihəsini işləyib bitirəcək və Rada onu qəbul edəcək. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti