DİN yeni onlayn xidmətinə start verib - Video

13:17 | 01.02.2024
DİN yeni onlayn xidmətinə start verib - Video

DİN yeni onlayn xidmətinə start verib - Video

Vətəndaşlar polis idarəsinə getmədən Daxili İşlər Nazirliyinin (DIN) səlahiyyətində olan bir çox xidmətlərdən onlayn qaydada yararlana biləcək. Bu barədə anews.az-a DIN mətbuat xidmətindən məlumat verilib. 
 
Bildirilib ki, vətəndaşların bunun üçün E-Polis tətbiqində və ya e-xidmet.mia.gov.az portalında identifikasiya nömrəsi və ya asan login ilə qeydiyyatdan keçməsi kifayətdir. 

​Qeyd olunub ki, tətbiqdə bir çox bölmələr mövcuddur.
 
"Bölmələrə keçid edərək Daxili İşlər Nazirliyinin səlahiyyətində olan məsələlərlə bağlı informativ məlumatlar əldə edə, sənədlərinizi nəzərdən keçirə və cərimələrinizi onlayn qaydada ödəyə bilərsiniz. ​"Yeni müraciətlər” bölməsində vətəndaşlar heç bir yerə getmədən onlayn qaydada elektron imza ilə təsdiqlənmiş məhkumluq haqqında, nəqliyyat vasitəsinin zədələnməsi, nəqliyyat vasitəsinin yüklülük və yol nəqliyyatı hadisəsi ilə bağlı sığorta arayışlarını əldə edə, eləcə də olduğu yer üzrə müvəqqəti qeydiyyata alınmaq üçün müraciət edə bilərlər. ​"Virtual 102” bölməsində vətəndaşların qarşılaşdığı məsələlərlə bağlı operativ olaraq görüntü, səs qeydi və yazılı formada müraciət etmək imkanları vardır. Tətbiqdə həmçinin fəaliyyət istiqamətləri üzrə, eləcə də xidmətə qəbulla bağlı müraciətlər alınır və cavablandırılır", - məlumatda vurğulanıb..

​E-Polis tətbiqini App Store və ya Google play-dən yükləyə bilərsiniz.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM