• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

"Dinamo"dan Azərbaycan dilində bayraq açıqlaması

04.07.2015 10:44
Tiflis "Dinamo"su "Qəbələ" ilə oyunda Azərbaycan bayrağının təhqir olunması ilə bağlı rəsmi açıqlama yayıb.
 
ANS PRESS-in məlumatına görə, Gürcüstan klubu bununla bağlı rəsmi saytında gürcü və Azərbaycan dillərində açıqlama yerləşdirib: 

"İlk növbədə qeyd etmək istəyirik ki, klub tam şəkildə dünən baş verən hadisədən peşmançılıq hissi keçirir və bu hadisə ilə razılaşmadığını bildirir. Dünənki hadisə zamanı fiziki təzyiq və daha sonra Gürcüstanın dostu olan ölkənin dövlət simvolunun təhqirinə yol verilib.

Hadisə oyundan sonra "Dinamo Arena"dan kənarda baş verib. "Dinamo" təşkilatçi kimi, bu fakt üzrə cavabdehliyi öz üzərinə götürə bilməz.

Stadionda açılan banerə gəlincə, stadionun təhlükəsizlik xidməti operativ tədbirlər görüb və baner tribunadan uzaqlaşdırılıb.

Qeyd etmək istəyirik ki, oyunun rəsmi proqramında dəfələrlə qeyd etmişdik ki, "Dinamo" tarixində Azərbaycan futbolunun böyük yeri var və qonşu ölkənin komandası ilə rəqabət bizim üçün böyük şərəfdi. Ümid edirik ki, oxşar hadisələr iki dost ölkənin münasibətlərinə və onların idman keçmişinə, hazırki dövrünə və gələcəyinə maniəçilik törətməyəcək".


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Zəkiyev 9-cu dəfə Avropa çempionu olub
İdman 17:18
İlham Zəkiyev 9-cu dəfə Avropa çempionu olub
Ramil Şeydayev yenidən "Qarabağ"da
İdman 22:13
Ramil Şeydayev yenidən "Qarabağ"da
Mourinyo "Benfika"nın baş məşqçisi təyin olunub
İdman 19:26
Mourinyo "Benfika"nın baş məşqçisi təyin olunub
UEFA Qurban Qurbanovla bağlı paylaşım edib
İdman 20:00
UEFA Qurban Qurbanovla bağlı paylaşım edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 01:54
Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ" "Benfika" səfərində qələbə qazanıb - Yenilənib
İdman 00:53
"Qarabağ" "Benfika" səfərində qələbə qazanıb - Yenilənib
“Qarabağ” Çempionlar Liqası oyunu üçün Lissabona gedib
İdman 08:36
“Qarabağ” Çempionlar Liqası oyunu üçün Lissabona gedib
AFFA rəsmisi “Bavariya”-“Çelsi” matçına təyinat alıb
İdman 18:48
AFFA rəsmisi “Bavariya”-“Çelsi” matçına təyinat alıb
"Benfika" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
İdman 12:51
"Benfika" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol