Dini ədəbiyyatın satışından dövlətə rüsum ödəniləcək

19:46 | 10.02.2015
Dini ədəbiyyatın satışından dövlətə rüsum ödəniləcək

Dini ədəbiyyatın satışından dövlətə rüsum ödəniləcək

Azərbaycanda dini ədəbiyyatların və əşyaların satışına görə dövlətə rüsum ödənilməsi nəzərdə tutulur.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İnsan haqları komitəsinin bu gün keçirilən iclasında məlumat verilib. "Dini etiqad haqqında” qanuna edilən dəyişikliklər barədə danışan İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib ki, qanunun 22-ci maddəsinə əlavələr edilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, dəyişiklikdə nəzərdə tutulub ki, vətəndaşlar və dini qurumlar istədikləri dildə dini ədəbiyyat, eləcə də dini təyinatlı başqa əşya və materiallar əldə edə və bunları istifadə edə və ya satış məntəqələrində sata bilirdilər.

Nəzərdə tutulan dəyişikliyə əsasən, dini ədəbiyyat və dini təyinatlı əşyaların satışına görə nəzarət markasının tətbiq olunması və bu markanın müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilməsi, həmçinin bu nəzarət markalarının alınmasına görə ödənilən vəsaitin dövlət büdcəsinə köçürülməsi nəzərdə tutulur. Bu nəzarət markalarının hazırlanması və məbləğinin müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.

Təklif olunan layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM