Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, səfərdə 7 dini konfessiya lideri iştirak edəcək. Səfər 25-28 sentyabrda baş tutacaq.
AzVision.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə din xadimlərinin səfərində iştirak etməyəcək. Onun əvəzinə Brüsselə müavini Hacı Fuad Nurullayev gedəcək.
Brüsselə gedəcək nümayəndə heyətinin tərkibi:
Hacı Fuad Nurullayev - Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslamUniversitetinin dekanı
Ceyhun Rüstəmov – İlahiyyat məscidinin imamı
Aleksandr Şarkovski – Yəhudi icmasının sədri
Elnur Əfəndiyev - Rus Provoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi
Rasim Xəlilov - "Həyat Sözü” protestant dini icmasının başçısı
Siyavuş Heydərov - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini
Nicat Məmmədli - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr şöbəsinin müdiri
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !