Dini liderlər sülh mesajı verdilər - VİDEO

23:43 | 15.05.2015
Dini liderlər sülh mesajı verdilər - VİDEO

Dini liderlər sülh mesajı verdilər - VİDEO

Şeyx Hacı Allahşükür Paşazadə "Xidmətlərə görə” ordeni ilə təltif edilib

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Şimali Qafqazdan qayıdıb. O, İnquşetiyada "Dində mötədillik - sülh, dinc qonşuluq tərəqqiyə gedən yoldur” mövzusunda keçirilən beynəlxalq dini konfransda iştirak edib.

ANS TV-nin məlumatına görə, İslam alimləri, eləcə də digər səmavi dinlərin nümayəndələri İnquşetiyanın Maqas şəhərinə topalaşıblar. Onlar dünyanı narahat edən məsələlərdən, dini radikalizmi, ektrimizmi müzakirə edib, dünyaya sülh çağırış etdilər.

Hərbi güc, toqquşmalar yolverilməzdir - regionda, eləcə də dünyanın ayrı-ayrı nöqtələrində baş verənlər konfransda diqqət mərkəzində oldu. Sərhədlərimizdə baş verənlər hamımızı narahat, insanları təhdid edir. Dünyanın qaynar münaqişə ocaqları Suriya, İraq, Yəmən, Ukraynada baş verənlər, oxşar münaqişələr, o cümlədən Qarabağ problemi beynəlxalaq konfrasda müzakirə mövzusu oldu.

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Qafqazda sülhə xələl gətirən Qarabağ münaqişəsi ilə ermənilərin post-sovet məkanında separatizm, etnik təmizləmə və millətlərarası münaqişənin əsasını qoyduğunu söylədi. Şeyx bütün münaqişələrin sülh yolu ilə həllini dəstəklədiyini diqqətə çatdırdı. Konfrasda bir sıra sənədlər qəbul edildi.

İnquşetiya prezidenti beynəlxalq dini konfransın keçirilməsində əməyinə, sülhsevərliyinə görə Allahşükür Paşazədəyə təşəkkür etdi. Azərbaycan prezidentinə salamlarını çatdırdı və əlavə etdi ki, inquş xalqının çətin ağır günlərində Azərbaycan və mərhum prezidenti Heydər Əliyev onların yanında olub, hər cür köməklik edib.

Prezident Yevkurov Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəni "Fəal ictimai-siyasi və dini-maarifçi fəaliyyətinə görə” İnquşetiya Respublikasının "Xidmətlərə görə” ordeni ilə təltif etdi. İkitərəfli görüşdə ölkələr arası əlaqələr yüksək qiymətləndirildi:

"Ürəkdən gələn məsələlərə heç bir sərhəd yoxdur. İnquşetiyanın, inquş xalqının azərbaycanlılarla dini, insani bağlılığı var. Biz sizin xalqınızı sevir, qiymətləndirir, rəğbət bəsləyirik. Ölkənizdəki inkişafı görür, bir çox nümunələr götürürük. Sizin sülhməramlılığınız tarixi keçmişə söykənir. Ən çətin, ağır günlərdə hazırki prezidentin atası Heydər Əliyev bizim inquş xalqının yanında olub. Bizə böyük diqqət ayırıb, köməklik edib və onun layiqli davamçısı İlham Əliyev bu kursu davam etdirir. Şeyx isə bu işlərdə daima vasitəçi olub”, - deyə Yevkurov bildirdi.

Azərbaycanda dini tolerantlıq mühütinin nümunə olduğunu söyləyən prezident Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandrı və Azərbaycandakı Dağ yəhudiləri icmasının başçısı Milih Yevdayevi fəal ictimai-siyasi və dini-ictimai fəaliyyətlərinə görə RF İnquşetiya Respublikası Prezidentinin fəxri fərmanı ilə təltif etdi. Görüşün sonunda xatirə hədiyyələri təqdim olundu.

"Bu gün istər islam, istər xiristian, istərsə də yəhudilər başa düşürlər ki, bügünkü gündə onların bir düşməni var. O da cəhalətdir. Əgər bir müsəlmanın ən azından yəhudiliyin və yaxud xiristianlığın necə olmasını bilsə, ya da əksinə hər hansı bir yahudi və xiristian müsəlmanın, islamın, Quranın nə olduğunu bilsə, bu zaman bir çox şeylər həll oluna bilər”, – deyə Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə bildirib.

Bu mənada Şeyx, xüsusən gənclər arasında maariflənməni vacib sayır.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM