Dini mətnlər ekstremist sayılmayacaq

23:10 | 24.11.2015
Dini mətnlər ekstremist sayılmayacaq

Dini mətnlər ekstremist sayılmayacaq

Rusiyada müqəddəs kitablar daha ekstremist sayılmayacaq. Bu barədə Rusiya prezidenti Vladimir Putin qanun imzalayıb.

Qanuna görə, Rusiya məhkəmələri İncil və Qurandan sitatları, məlumatları "ekstremist material kimi tanıya bilməz”.  

Putin bu qanun layihəsini oktyabrın 14-də təqdim edib və daha sonra hər iki palata tərəfindən qəbul olunub.

Avqustda Yujno-Saxalinskdə bir hakim İslam barədə kitabı qadağan edib, ondakı Quran təfsirlərini "ekstremist” adlandırıb.

Hakim Natalya Perchenko-nun çıxardığı qərar Rusiyanın müsəlman icmasının narazılığına səbəb olub.

2013-cü ildə Rusiya məhkəməsinin Quranın tərcüməsini qadağan etməsi müsəlman ruhanilərin etirazlarını doğurmuşdu. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM