Diplomat: “Hər iki prezidentin fikri yalnız bir məsələdə üst-üstə düşüb”

09:49 | 20.11.2013
Diplomat: “Hər iki prezidentin fikri yalnız bir məsələdə üst-üstə düşüb”

Diplomat: “Hər iki prezidentin fikri yalnız bir məsələdə üst-üstə düşüb”

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç “Azadlıq” radiosuna açıqlamasında Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündən danışıb. 

O, görüşün sülh danışıqlarında yeni bir mərhələnin başlanğıcı olacağına inanmadığını vurğulayıb: “İndiyəcən olanlar məndə bədbin hisslər yaradır, çünki Azərbaycan və Ermənistan öz əhalisini əsl yeni mərhələyə hazırlamaq üçün heç bir cəhd etməyib. Ritorika sərtləşib və təmas xəttində silahlı insidentlər çoxalıb.

Əvvəlki yüksək səviyyəli görüşlərin nəticəsi ona görə olmayıb ki, hər iki prezidentin fikri yalnız bir məsələdə üst-üstə düşüb: beynəlxalq ictimaiyyəti və Minsk qrupunu münaqişəni həll edə bilməməkdə günahlandırıblar. Belə olanda hər iki prezident ölkəsinə yollana, əhaliyə düşmənə güzəştə getmədiyini deyə və güzəştə gedəcəkləri, bu istiqamətdə konkret addımlar atacaqları halda üzləşə biləcəkləri siyasi nəticələrdən yayına bilərlər. Əgər yenə də nəticə bu olacaqsa, onda Minsk qrupu düşünməlidir ki, tərəflər danışıqlara ciddi yanaşırmı? Bu, danışıqların imitasiyasına çevrilir”.

“Türkiyə sülh danışıqlarında mühüm rol oynaya bilərmi” sualını sabiq səfir belə cavablandırıb: “Üçüncüsü, Türkiyə rol oynaya bilər, amma əgər Ermənistanla münasibətlərini normallaşdırmağa başlayarsa. Bir neçə il qabaq Türkiyənin belə bir imkanı vardı, amma Azərbaycan bu prosesin davamına yol vermədi. Prezident Əliyevin Türkiyəyə səfəri zamanı ifadə etdiyi mövqeyi nəzərə alsaq, bu məsələdə nikbin olmaq çətindir”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb