Diplomatik qalmaqal: Meksikanın Argentinadakı səfiri görün nə oğurlayıb? - Geri çağırıldı - VİDEO

10:25 | 09.12.2019
Diplomatik qalmaqal: Meksikanın Argentinadakı səfiri görün nə oğurlayıb? - Geri çağırıldı - VİDEO

Diplomatik qalmaqal: Meksikanın Argentinadakı səfiri görün nə oğurlayıb? - Geri çağırıldı - VİDEO

Meksikanın Argentinadakı səfiri Oskar Rikardo Valero Buenos-Ayresdə mağazadan kitab oğurluğunda ittihamlarla əlaqədar ölkəsinə çağırılıb.
 
Bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin başçısı Marselo Ebrard özünün "Twitter” səhifəsində yazıb.
 
"Mən Etika komitəsindən məşhur mağazadan kitab oğurluğunda ittiham edilən Argentinadakı səfirlə bağlı hadisəni təhlil etməyi xahiş etdim. Hələlik mən ona evə qayıtmaq barədə göstəriş vermişəm", - deyə nazir yazıb.
 
"Ateneo” mağazasının müşahidə kameraları 76 yaşlı diplomatın Cakomo Kazanova haqqında kitabı qəzetə bükərək oğurlamağa çalışmasını qeydə alıblar. O, mühafizəçilər tərəfindən yaxalanıb və polisə aparılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM