"Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri olub və onlar lisenziya ilə fəaliyyət göstərib və diplom verib. İndi o şəxslərin işə düzəlmək problemi var, çünki Təhsil Nazirliyi o diplomları təsdiq etmir. Deyirlər ki, qanunsuz işləyib, qanunsuz diplom verib və s. Necə olub bu? Onlar yerin altında fəaliyyət göstərib, yoxsa sehrli çubuqla özlərini görünməz edib? Onlar içərisində xeylisi var, o cümlədən Cənubi Rusiya Humanitar Institutu ki, Bakıda olub, sərhəd çıxıb-getməyə ehtiyac olmayıb. Tələbələr 5 il oxuyub. İndi onların hamısı diplomunu təsdiq edə bilmir, kim işləyirsə, işdən çölə atılır, yaxud da iş yerində hər il stres yaşayır ki, yenə yoxlayırlar. Bunların ürəyi xəstə düşdü ki. Bunlar məhv oldu ki. O lisenziyanı kim verib, dövlət, diplomu kim verib, dövlət, kim şərait yaradıb, dövlət. Əzizlərim, niyə vətəndaşlara qarşı bu cür hərəkət edilir? Niyə günah vətəndaşın üzərində qalmalıdır? Bu məsələ mütləq həllini tapmalıdır və Təhsil Nazirliyinin yanaşması bu ölkədə böyük narazılıqlar yaradır. Onlar hər bir məsələdə vətəndaşı günahkar görür. Nəyə nail olmaq istəyirlər, bilmirəm. Həll yolunu onlar tapmalıdır, maneçilik etmək yox. Bəyənmirsən, bir illik kurs təyin elə, oxusunlar, imtahan versinlər. Kəsib atmağa nə var, faydalı iş odur ki, kömək edəsən, həll yolu tapasan. Elə kəsmək, doğramaq, ancaq və ancaq vətəndaşı günahkar çıxarmaq. Mən parlamentdən kömək istəyirəm”, - Deputat Razi Nurullayev deyib.
O həmçinin Təhsil Nazirliyinin ortaya düzgün yanaşma və təklif qoymadığını da bildirib.
"Universiteti bağlanmış məzunların diplomları hal-hazırıda ölkədə qanuni sənəd həsab edilir. Səbəb də ondan ibarətdir ki, məzunlar hələ də oxuduğu dönəmlərdə həmin universitetlər lisenziylaşdırılıb akreditasiya edilmişdi. Yəni o diplomlar ölkə üzərinə tanınır. Əgər hər hansısa bir iş sahibi bu diplomlardan imtina edirsə ki, bu universitetlər bağlanır, o zaman çox böyük səhv edirlər. Yəni universitet bağlandığına görə bir tələbənin diplomunun tanınmaması kimi bir məsələ ola bilməz. Bu tələbələr zamanında Təhsil Nazirliyinin və müvafiq dövlət orqanlarının strukturlarının lisenziyasıyla fəaliyyət aparıblar və dövlət standardları Təhsil Nazirliyi tərəfindən təqdim edilən sənədlərlə onlar iş qurublar. Bu deməkdir ki, sabahlarım Bakı Dövlət Universiteti bağlansa onun tələbələrini işə götürməyəcəklər? Bu məsələ hər hansısa bir tələbənin günahi deyil ki”, - təhsil eksperti Vüsal Kərimli vurğulayıb.
Universitetinin lizensiyası artıq olmadığına görə diplomu tanınmayan məzunlar, onların diplomunu tanımayanları məhkəməyə verərək öz hüquqlarını qoruya bilərlər. Vüsal Kərimli açıqlamasında söyləyib.
"Azərbaycanda lisenziyası olmayan universitetlər artıq fəaliyyət göstərmir. Yəni elə bir universitet yoxdur ki, ona nazirlik tərədindən lisenziya verilməsin və o da, belə olduğu halda fəaliyyətinə davam etsin. Hazırda belə bir universitet yoxdur. Bir neçə dəfə olub ki, məsələn hansısa ildə, bizim universitetlərdən birinə lisenziya verilməyib amma universitet 2-3 il fəaliyyətini davam etdirib. Bu məcbur şəkildə belə olub. Çünkü, həmin universitetdə lisenziyanın verilməməsi ilə bağlı qərar verildikdə, artıq ora qəbul olan tələbələr olur və birinci ikinci kursda təhsil alıblar. Lisenziya verilmədiyi halda, dövlət tərəfindən universitetə icazə verilir ki, hazırda birinci ikinci kursda oxuyan tələbələr təhsilini başa vursunlar və onlar tələbatı qazansınlar, bu birinci istiqamətdir. İkincisi də odur ki, ümumiyyətlə universitetin fəaliyyətinə qadağa qoyulub və orada oxuyan bütün tələbələr başqa universitetlərə köçürülüblər. Misal üçün, Qafqaz Universiteti və Azərbaycan Beylenxalq Universiteti bağlananda belə hallar yaşanmışdı. Amma Təfəkkür Universitetində və ya Bakı İslam Universitetində belə hallar olmadı. Orada tələbələrin təhsilinin başa vurmasını gözlədilər. Bu qrupa aid universitetlərin tələbələri zatən başqa universitetlərə köçürüldülər. Onlar universiteti bitirdi, diplomunu aldılar. Amma başqa universitetlərin tələbələri var ki, onlar hazırda fəaliyyətdə olmayan universitetin diplomunu daşıyırlar. Amma Müəllimlər İnstitu və ya müxtəlif kolleclər var, Şəki Kolleci, Gəncə Kolleci oraları bitirənlərin diplomları tanınır. Neyə görə Çünkü Azərbaycan Respublikasında qaydalara əsasən, qərar yalnız qəbul edildiyi ildən sonraki etap üçün keçərlidir. Tutalım ki, mən 2010-da bir universiteti bitirmişəmsə, həmin universitet 2015-ci ildə bağlanırsa, lisenziyası ləğv olunursa, sizin diplomunuz təhlükə gözləmir. Çünkü dövlət sizə bu diplomu 2010-cu ildə verib. Və əmək bazarında onlara o qədər də çətinlik yaratmır. Bu gün fikir verin, Təhsil Naziri Emin Əmrullayevin də setifikasiya ilə bağlı sonuncu həsabatında, orada bir çox müəllimlər işçi sertifikatıyla iştirak etmişdi ki, onların diplomu hazırda fəaliyyət göstərməyən universitet və kolleclərə aiddir. Deməli, dövlət onların diplomlarını tanıyıb ki, onlar universitetə qatılmasına da icazə veribdi”, - təhsil eksperti Elmin Nurizadə məsələ ilə bağlı fikirlərini bildirib.
İstiqamət:6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
Rabia Hale Seferoğlu
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !