• $
  • €
  • ₽
  • ₺
  • £

DİQQƏT! Bu şəxslər koronavirusa yoluxmur?

DİQQƏT! Bu şəxslər koronavirusa yoluxmur?
25.02.2020 23:28
Dünyanın 25 ölkəsində yayılan və ümumilikdə 3 minə yaxın insanın ölümünə səbəb olan koronavirus heç də hər kəsin ölümünə səbəb olmur. İndiyə qədər bu virusa yoluxanlar arasında ölənlərin əksəriyyəti 55 yaşdan yuxarı olanlardır.
Anews.az  axar.az-a istinadən xəbər verir ki, yeni koronavirusa 35-40 yaşdan yuxarı olan şəxslərin yoluxma riski yüksəkdir.
Məlumata görə, bu virus sosial vəziyyətindən asılı olmayaraq, 35 yaşdan yuxarı kişilər üçün böyük təhlükə yaradır. Buna görə də ölən və yoluxanlar arasında bu yaş kateqoriyasından olan kişilər xüsusilə üstünlük təşkil edir. Uşaqlar və hamilə qadınlar isə, demək olar ki, yoluxmur. İndiyə qədər bu virusdan dünyasını dəyişənlər arasında uşaq və hamilə qadın yoxdur.
Çin Beynəlxalq Sağlıq Komissiyasının rəsmi açıqlamasına görə, indiyə qədər bu xəstəlikdən ölənlərin 80 faizi 60 yaşdan yuxarı olanlardır. Ölənlərin 75 faizi isə əvvəlcədən müəyyən xəstəlikləri olanlardır. Bura xüsusi olaraq ürək problemi olan və diabetdən əziyyət çəkənlər daxildir.
Yaşı 60-dan yuxarı olan, ürək problemi yaşayan, şəkər xəstəliyindən əziyyət çəkənlərin sağalma şansı olduqca aşağıdır. Ən yüksək risk qrupuna isə 75-80 yaşlılar daxildir.
Yaş artdıqca yoluxma və ölüm riskinin də artdığı deyilir.
Mütəxəssislər bunu onunla izah edir ki, xroniki xəstəlikləri olan böyüklərin immun sistemi virusa qarşı daha zəif mübarizə aparır. Bu səbəbdən diabet və ya ürək-damar sistemi xəstəlikləri koronavirusun daha ağır keçməsinə və daha kəskin ağırlaşmalara səbəb olur.
Redinq Universitetinin professoru, alim-virusoloq Consun sözlərinə görə, koronavirusun daha tez-tez rast gəlinən ağırlaşmış halı olan pnevmoniya immun sistemi zəif olan adamlarda müşahidə olunur. Koronavirus diaqnozunun qoyulduğu Uhan xəstəxanasındakı pasiyentlərin təxminən yarısında əvvəlcədən xroniki xəstəliklər olduğu aşkar edilib.
Ancaq ən maraqlı məqam isə az qala dünya ölkələrinin əksəriyyətini cənginə alan bu virusa heç bir ölkədə uşaqların yoluxma halının qeydə alınmamasıdır. Bunu izah edən çox sayda versiya mövcuddur, ancaq ekspertlər virusun uşaqlara nə üçün daha az yoluxduğuna hələ qəti cavab verə bilmirlər. Hələlik məlum olmayan səbəblərə görə koronavirus azyaşlılara ya ümumiyyətlə təsir etmir, ya da xeyli yüngül nəticələnir.
Bu təhlükəli və ölümcül epidemiyanın uşaqlara yoluxmaması ilə bağlı ən ağlabatan versiyanı isə London Universiteti kollecinin müəllimi Natali Makdermott irəli sürüb. Onun fikrincə, adətən, 5 yaşına qədər uşaqların, o cümlədən yeniyetmələrin orqanizmləri viruslara qarşı çox yaxşı mübarizə apara bildiyi üçün uşaqlarda yoluxma qeydə alınmayıb. N.Makdermott bildirib ki, uşaqlarda xəstəlik daha yüngül keçir, ya da simptomları üzə çıxmır. Koronavirus yayıldığı gündən 3 körpə doğularkən bu virusa yoluxub. Lakin hər üçü sağalıb.
Bir başqa həkim isə uşaqların bu virusa yoluxmamasını belə izah edir:
"Uşaqlarda anadangəlmə immunitet, yəni yad patogenlərə erkən reaksiya və mübarizə daha aktivdir. Anadangəlmə immun sistemi viruslardan qorunmada birinci xətt mühafizədir. Uşaqda immun-cavab güclüdür, bu səbəbdən koronavirus orqanizmə düşən kimi aşkarlanır və mübarizə başlayır. Təəssüf ki, böyüklərdə bu kəskin reaksiya yoxdur, xəstəlik gec aşkarlanır və ağırlaşır".
Maraqlıdır ki, eyni mənzərə 2003-cü ildə SARS virusu epidemiyası yayılarkən də müşahidə olunmuşdu. Onda 800 nəfər - bu virusa yoluxanların 10 faizi vəfat etmişdi. Bu virus da uşaqlara toxunmamışdı.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Sabahın hava proqnozu
Cəmiyyət 12:26
Sabahın hava proqnozu
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
Cəmiyyət 11:54
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 11:41
DYP sürücülərə xəbərdarlıq edib
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Cəmiyyət 23:30
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol