Hindistanın Bihar ştatında yerləşən Nipur kəndində məktəb direktoru qəzəblənmiş sakinlər tərəfindən qətlə yetirilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 7 və 8 yaşlı məktəblilərin meyiti məktəb yaxınlığında arxdan tapıldıqdan sonra kənd sakinləri qəzəblənib.
Məktəb direktoru ölümcül vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölən uşaqların valideynlərinin başçılığı altında insan kütləsi direktoru döyməklə yanaşı, məktəb avtobusunu və məktəbin 2 sinfini yandırıb. Hiddətlənmiş sakinləri sakitləşdirmək üçün əraziyə polis qüvvələri göndərilib. Lakin 8 hüquq mühafizəçisi özü də xəsarət alıb.
Polis bölməsindən verilən məlumata görə, həlak olan şagirdlər daha iki uşaqla arxa gəlib. Hər iki uşağın ayağı sürüşərək arxa yıxılıb. İş ondadır ki, hadisədən bir gün əvvəl yağış yağdığı üçün arxın su səviyyəsi qalxıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !