Dizaynerin saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA

17:33 | 18.02.2020
Dizaynerin saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Dizaynerin saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə polis əməkdaşlarının dizayner Rəsul Həsənovu saxlaması ilə bağlıməlumat yayılıb.

Məlumata görə, R.Həsənov evdən işə gedərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

"Yeni Sabah"a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sözügedən məsələ lə bağlı detallı məlumat yoxdur və R.Həsənovun saxlanılması araşdırılır:

"Məsələ barədə məlumatlıyıq. Sadəcə olaraq həmin şəxs Bakı şəhər BŞBPİ əməkdaşları tərəfindən saxlanılmayıb".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov isə saytımıza açıqlamasında məsələ ilə bağlı araşdırmaların aparıldığını bildirib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM