"Dönərəm, amma buranı da atıb getmək istəmirəm" - Xaricdə yaşayan musiqiçimiz

Həmsöhbətimiz Bülbül adına orta ixtisas musiqi məktəbinin yetirməsi, eləcə də Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının (əvvəlki Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası - red.) məzunu Nailə Əhmədovadır. Artıq uzun illərdir Türkiyədə yaşayan və çalışan Nailə xanım ötən əsrin 90-cı illərində xarici ölkələrə, o cümlədən də qardaş Türkiyəyə işləməyə gedən ziyalılarımızdan biridir.
Hazırda Ankara Dövlət Opera və Balet Teatrında çalışan Nailə xanım musiqiçi ailəsində böyüyüb. Anası iqtisadçı olsa da məharətlə pianoda ifa edib. Asəf Zeynallı adına musiqi məktəbində piano müəllimi olan atası isə sonradan Moskvada tibb təhsili alıb və peşəsini dəyişərək həkim olub. Nailə xanımın bacısı Afaq Rəhimova isə hazırda Bakıda Mstislav Rostropoviçin adını daşıyan 21 saylı musiqi məktəbində piano müəlliməsidir.
Nailə xanımla söhbətləşməyimizin əsas səbəblərindən biri vaxtilə Azərbaycanı tərk edən ziyalıların kimlər olduğunu və hazırda nə işlə məşğul olduqlarını öyrənmək idi. Səmimi atmosferdə baş tutan müsahibəni ANN.Az oxucularına təqdim edirik:
- Nailə, Azərbaycanda iş həyatın olubmu?
- İlk iş yerim "Azkonsert" olub. O vaxt "Azkonsert"in direktoru musiqi xadimi İldırım Qasımov, bədii rəhbəri isə hazırda ABŞ-da yaşayan Çingiz Sadıqov idi. Bir zamanlar Rəşid Behbudovla çalışan Çingiz bəy çox istedadlı pianoçudur. Onunla birlikdə işlədiyim illəri mənnətdarlıq hissiylə xatırlayıram. Sonra Asəf Zeynallı adına musiqi məktəbində fortepiano müəlliməsi və konsertmeystr işləmişəm. Bu səviyyələrə gələ bildiyimə görə hörmətli müəllimələrim Dilarə Mirzəquliyevaya, Validə Rəsulovaya, İzabella Abezqauza, Nailə Mehdiyevaya, Zara Bakıxanovaya, Sevil Əmirovaya minnətdaram.
- Sovetlərin dağılması və Azərbaycanın müstəqillik əldə etməsi, Qarabag müharibəsi.... qarışıq bir dönəmdə iş həyatın başlamısan. Nələr daha çox xatirəndə iz buraxıb?
- Çox dinamik bir zaman kəsimiydi. Musiqiçi kimi mən mədəniyyət sahəsində əlimdən gələni edirdim. Ən çox xatırladığım hadisələrdən biri 1993-cü ildə Cenevrədə keçirilən pianoçular müsabiqəsində iştirak etməyimdir. Dünyanın bir çox ölkəsindən pianoçuların qatıldığı tədbirdə ölkələrin adları yazılan siyahıda olkəmizin adını gormək, həm də sovetlərin tərkibində deyil, müstəqil Azərbaycan Respublikası olaraq görmək böyük qürurverici idi. 1994-cü ildə Münhendə pianoçuların beynəlxalq müsabiqəsində yenə Azərbaycanı təmsil etmişəm. Hər iki müsabiqədə solist pianoçu kimi jürinin xüsusi mükafatını almışam.
- Və... 20 ildir Türkiyədə işləyirsən. Necə oldu ki, Türkiyədə işləməyə qərar verdin?
- 90-cı illərin əvvəllərində Azərbaycandan bir çox musiqiçi Türkiyəyə gəldi. Onlar Türkiyənin müxtəlif təhsil və mədəniyyət müəssisələrində çalışmağa başladılar. O illər iki qardaş ölkə arasında sərhədlər yeni açılmışdı. Türkiyədə professional musiqiçilərə ehtiyac, Azərbaycanda isə bu potensial var idi. O vaxta qədər Avropadan gələn mütəxəssislərlə boşluqları dolduran Türkiyəyə azərbaycanlılar bir köynək daha yaxın hesab olunurdulardı. Dili, dini, kökləri eyni olan bu iki millət bu dönəmdə bir-birlərinə yenidən sarıldılar. Bizim təcrübəli müəllimlərimiz Türkiyənin təhsil ocaqlarında dərs verməyə, peşəkar musiqiçilərimiz mədəniyyət müəssisələrində çalışmaya başladılar. Xüsusilə dil baryerinin olmaması türklərə də, bizə də cəlbedici gəlirdi. Mən də 94-cü ildə müqavilə ilə Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyasında tanınmış skripkaçı, professor Viktor Pikayzenin sinfində konsertmeystr olarak işləməyə başladım. Eyni zamanda simli alətlər bölümündə fortepiano dərsləri verirdim. Burada 4 il çalışdım. Konservatoriyaya paralel olaraq Ankara Dövlət Opera və Balet teatrında da işləməyə başladım.
- Uzun illərdir Ankara Dövlət Opera və Balet teatrındasan, ora gəlişin necə oldu?
- Viktor Pikayzen universitetdən getdi. Digər tərəfdən, operadan yaxşı təklif aldım və mənə teatrda işləmək daha maraqlı gəldi. Orada həqiqi sənətin içində olursan- öyrətməyə gərək yoxdur. Həm də mən uşaqlıqdan baleti sevirəm. 5 yaşımdan anam məni ardıcıl şəkildə hər həftənin axırında Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına aparırdı. İndiki kimi xatırlayıram, şənbə günü balet, bazar günü opera tamaşaları olurdu. Balet musiqisini çox sevirdim, hətta kiçik ikən balerina olmaq istəmişdim (gülür ). İdealım Maya Plisetskaya idi. Belə bir atmosferdə böyümüşəm.Həyat elə gətirdi ki, uzun illər sonra məhz bu atmosferdə işləmək fürsəti tapdım. Balet pianoçularına böyük ehtiyac vardı. Çünki bu, tamamən fərqli bir peşədir, burada sadəcə pianist olmaq kifayət etmir – siz baletin spesifikasını, improvizə etməyi, balet rəqqasələrinə ritmi çox dəqiq verməyi baacarmalısınız. Onlar hər gün xüsusi hərəkətləri təkrarlamalıdırlar, bunun üçün lazım olan atmosferi onlara həmişə yaratmaq lazımdır.Əvvəllər 1-2 ay çətin gəldi, amma sonra öyrəşdim.
- Hansi tanınmış türk sənətçiləri ilə işləmək fürsətin olub?
- Operada ilk müqaviləm "Yılın kadını” operettasına idi. Orada Türkiyə dovlət teatrlarının tanınmış sənətçiləri Çetin Tekindor və Ayten Gökçer səhnəyə çıxırdı. Musiqi mətnlərini öyrənmələri üçün onlara kömək etmək lazım idi. Tanınmış türk sənətkarlarıyla ilk işim bu idi və məncə, bu gün opera və balet teatrında işləməyimdə o tamaşanın önəmli rolu olmuşdur. Çünki, məhz ondan sonra mən baletdə çalışmalarımı davam etdirdim.
- Baletdəki uzun illik fəaliyyətinə xronoloji nəzər salsaq...
- Bir çox klassik əsəri dəfələrlə çalmışam - "Qu gölü”, "Korsar”, "Jizel”... siyahını uzatmaq mümkündür. Türkiyənin Antalya şəhərində açıq havadakı Aspendos teatrında hər il beynəlxalq opera və balet festivalı keçirilir, tamaşalar nümayiş etdirilir. Biz də o səhnədə əsərlərimizi tamaşaçılara təqdim edirik. Ankara Dövlət Opera və Balet Teatrı 3 il dalbadal "Qu gölü”, sonra "Jizel”, Verdinin "Aida” operasını özünün böyük balet səhnəsində nümayiş etdirdi. Bir sözlə, baletlə bağlı nə varsa, istər opera, istərsə də balet teatrında olsun, mən orda iştirak edirəm. Məşqləri və balet dərslərində də mən çalıram. Hər balet rəqqası hər gün sinfə girib müəyyən edilmiş klassik hərəkətləri təkrarlayır.
- Repertuarınızda daha nələr olur?
- Çox maraqlı türk əsərləri var: Səlman Adanın "Aşk-ı Memnu” çox gözəl musiqisiylə bir neçə il tamaşaçılara təqdim edildi. Hazırda əsərin bəstəkarı opera teatrının baş direktorudur. Muammer Sunun "Sevginin bədəli” baletini deyə bilərəm. Türk sənət musiqisi əsasında səhnələşdirilən "Hərəm” əsərinin adını çəkə bilərəm. Türk xalq musiqisi ansamblının müşaiyəti ilə nümayiş etdirilir. Xoreografiyasi istedadlı sənətçi Meriç Çimencilere aid olan bu əsərlə Türkiyənı xarici ölkələrdəki qastrollarda təmsil edirik. O, həm də "Çalıquşu”, "Çanakkale” kimi milli əsərləri səhnələşdirib. Çində və Aşqabadda "Hərəm” baleti ilə qasrtolda olduq. Bunlarla bərabər, dünya sənətinin bir çox klassik əsəri türk opera və balet səhnəsində nümayiş etdirilir.
- Türk həmkarlarınızın sizlərə münasibəti necədir?
- Türklər çox isti insanlardır, xeyirxahdırlar. Aldığımız keyfiyyətli musiqi təhsilinə çox dəyər verirlər. Onlar bizim Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Maestro Niyazi kimi sənətçilərin musiqisi ilə böyüdüyümüzə önəm verirlər. Maestro Niyazi İstanbul operasında uzun müddət çalışıb. Uzun illər bizim gözəl dirijorumuz Rauf Abdullayev Ankara operasında musiqi direktoru vəzifəsində işləyib.
- Nailə, gəldiyin dönəmdə Türkiyə bizim səviyyəli musiqimizi nə dərəcədə tanıyırdı? 20 ildir buradasan, bu müddət ərzində bu tanışlıq, səncə, nə qədər irəliləyib?
- Mən burada olduğum müddət ərzində Azərbaycan musiqisinin tanıdılması məqsədiylə dəfələrlə konsertlər və tədbirlər təşkil etmişəm. Burada yaşayan azərbaycanlı musiqiçilərlə daima əlaqə saxlayıram. Onların da dəstəyi ilə ən son keçən il Ankara TRT Radio Evində Azərbaycan musiqisinin təbliğı məqsədiylə konsert təşkil etdim. Salon Ankaralı musiqisevərlərlə dolu idi. 20 il ərzində Türkiyənin bizim musiqi ilə tanışlığı xeyli artıb. Bu sahədə əlimdən gələni yenə də edəcəyəm. Təzə gələndə Ankara operasının səhnəsində Ü.Hacıbəylinin "Arşın mal alan” əsəri nümayiş etdirilirdi. Türklər bu əsəri uzun müddət repertuarda saxlayıb. 15 il əvvəl "Yeddi gözəl” türklərlə görüşdü. Mersin operasında "Minbir gecə” səhnəyə qoyulub.
- Bakı üçün darıxmırsan?
- Darıxıram. Yaxınlarımın hamısı ordadır. Bizim dadlı mətbəx üçün darıxıram. Gözəl musiqimiz üçün darıxıram. Oradan təzəlikcə qayıtmışam. Dostlarım üçün darıxıram. Flarmoniya üçün... bəzən flarmoniyada konsertlərə getmək keçir ürəyimdən.
- "Azərbaycan mədəniyyəti dünyaya dağılıb”- bu fikri tez-tez dilimizə gətirə bilərikmi?
- Elədir. Amma məsələ burasındadır ki, bizlər Azərbaycan musiqisinin tanınması üçün təbliğat aparırıq. Bu, məsələnin yaxşı tərəfidir.
- Nailə, fortepiano üzrə tələbələrin varmı? Onları bizə necə anladardın?
- 5-6 yaşdan başlayaraq, fərqli yaş qruplarında tələbələrim var. Tələbələrim arasında hüquqşünaslar, vəkillər, bizim baletdən rəqqaslar da olduğunu desəm, yəqin ki, təəccüblənməzsiniz. Hər il tələbələrim üçün səhnə icarəyə götürərək ən istedadlılarının konsertini hazırlayıram. Repertuarlarına mütləq Azərbaycan musiqisi daxil edirəm. Belə konsertlərin biri dekabrın 26-da baş tutdu.
- Vətənə dönməyi heç düşünürsənmi?
- Həyatın nələr gətirəcəyi bəlli olmaz. Bir vaxtlar buraya tək tərəfli biletlə gəlmişdim. Nə qədər qalacağımı da bilmirdim. İndi Azərbaycan musiqi həyatı daha zəngindir, maraqlı festivallar, konsertlər keçiilir. Azərbaycanın musiqi həyatında iştirak etmək istərdim.
- Azərbaycanda yaşamaq necə?
- Nədən olmasın... (bir az susur və gülümsəyir) Vətənə dönərəm, amma Türkiyəni də atıb getmək istəmirəm.
Ankara
ANN.az

Şəhla Əbusəttar Yaman
ANN.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 