Dünya Bankı Ukraynaya 3 milyard dollar ayıracaq

10:27 | 13.03.2014
Dünya Bankı Ukraynaya 3 milyard dollar ayıracaq

Dünya Bankı Ukraynaya 3 milyard dollar ayıracaq

Dünya Bankı 2014-cü ilin sonunadək Ukraynaya 3 milyard dollar ayıracağını bildirib.APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu məbləğ hazırda qüvvədə olan Dünya Bankının Ukrayna iqtisadiyyatına investisiyalar üzrə proqramına əlavə olunacaq. Qeyd edək ki, qüvvədə olan proqramın ümumi həcmi 3,7 milyard ABŞ dolları təşkil edir. Bundan əvvəl ABŞ-da səfərdə olan Ukraynanın baş naziri Arseni Yatsenyuk Dünya Bankının prezidenti Cim Yen Kim ilə görüşüb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb