Dünya bazarında neft ucuzlaşıb

09:35 | 08.05.2015
Dünya bazarında neft ucuzlaşıb

Dünya bazarında neft ucuzlaşıb

 Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 3,3%% yaxud 1,99 dollar ucuzlaşaraq 58,94 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində də mənfi dəyişiklik müşahidə edilib. Belə ki, bu markalı neftin qiyməti 3,3% yaxud 2,23 dollar azalaraq 65,54 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 68 dollar/barel olacağı gözlənilir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM