Dünya əhalisinin yarısını qıran xəstəlik qayıda bilər - Xəbərdarlıq

12:38 | 28.01.2014
Dünya əhalisinin yarısını qıran xəstəlik qayıda bilər - Xəbərdarlıq

Dünya əhalisinin yarısını qıran xəstəlik qayıda bilər - Xəbərdarlıq

Elm adamlarının sözlərinə görə, orta əsrlərdə Avropa əhalisinin yarısını qıran Vəba xəstəliyi yenidən qayıda bilər. 

ANN.Az-ın "Utro.ru"ya istinadən verdiyi xəbərə görə, amerikalı alimlər orta əsrlər Avropasında və Yustinian dövründəki vəba xəstəliyinin eyni mikrobdan əmələ gəldiyini müəyyənləşdiriblər. Onlar gələcəkdə bu təhlükəli xəstəliyin yenidən qayıdacağını istisna etmirlər. 

Alimlər 1.5 min il əvvəl antik vəba xəstəliyindən ölən insanların dişlərindəki bakteriyanın genomları üzərində araşdırma aparıblar. Mütəxəssislər onları orta əsrlərdəki vəba çöpləriylə müqayisə ediblər. Məlum olub ki, 6-cı əsrdə dünya əhalisinin yarısını məhv edən Yustinian vəbası, həmçinin 14-cü əsrdə böyük ehtimalla "qara ölüm"lə əlaqədar olan xəstəlik bu bakteriya ilə əlaqədardır. 

Bütün hallarda xəstəliyin yaranmasına səbəb "Yersinia pestis" cinsidir, bu, insanlara siçanlardan və birələrdən keçə bilər. Yustunian vəbası iz buraxmadan yoxa çıxsa da, orta əsrlər vəbası 1800-ci illərin sonunda yenidən peyda olmuşdu. Ekspertlər xəstəliyin istənilən an geri qayıda biləcəyini istisna etmirlər. 

""Ypestis" bakteriyası tarix boyunca insanlara gəmiricilərdən keçib, biz güman edirik ki, dünyanın bir çox bölgələrində bu virus hələ də gəmiricilərdə qalmaqdadır", - bunu Şimali Arizona Universitetinin professoru Deyv Vaqner deyib.

Onun sözlərinə görə, Yustinian vəbası peyda olub sonradan yoxa çıxıbsa, demək ki, "Qara ölüm" yenidən ortaya çıxa bilər. "Bizim vəbaya qarşı antibiotikimiz yoxdu, bu, insanlar arasında genişmiqyaslı pandemiya təhlükəsini artırır", - alim əlavə edib. 

551-580 - ci illərdə Yustinian vəbasından 50 milyon insan ölüb. O, ilk dəfə Bizansda və Aralıq dənizi hövzəsində əmələ gəlib, sonra Asiyaya, Şimali Afrikaya, Yaxın Şərqə və Avropaya sıçrayıb. "Qara ölüm" aradan 800 il keçəndən sonra, 1347-51-ci illərdə yenidən ortaya çıxıb və 50 milyon avropalının ölümünə səbəb olub. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM