İtaliyanın futbol millisi Braziliyada keçirilən dünya çempionatının qrup mərhələsində İngiltərə yığmasını məğlub edib.
D qrupunun qarşılaşması italiyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Klaudio Markizio italyanları 35-ci dəqiqədə hesabda irəli çıxarıb. Amma cəmi iki dəqiqə sonra Daniel Starric bərabərlik qolunu vurub. Birinci hissə 1:1 hesabı ilə başa çatıb.
İtaliya millisinə qələbəni 50-ci dəqiqədə Mario Balotellinin qolu gətirib.
İngilislər növbəti turda çempionata məğlubiyyətlə başlayan Uruqvay millisi ilə qarşılaşacaqlar. İtalyanlar isə sensasion qələbə ilə gündəmdə olan Kosta-Rika millisini sınağa çəkəcəklər.
APA
Bizi sosial şəbəkələrdə izləyin !