Dünya çempionatı qrup mərhələsinin ən yaxşı qolları – VİDEO

19:51 | 27.06.2014
Dünya çempionatı qrup mərhələsinin ən yaxşı qolları – VİDEO

Dünya çempionatı qrup mərhələsinin ən yaxşı qolları – VİDEO

Braziliyada keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsi başa çatıb. 
Modern.az xəbər verir ki, bu mərhələ sürprizlərsiz ötüşməyib. Belə ki, buna qədər dalbadal iki dəfə Avropa çempionu olan və ötən mundialın qalibi İspaniya millisi qrup mərhələsini keçə bilməyib. Bundan əlavə, İngiltərə, İtaliya, Potruqaliyanın yığma komandaları da turniri erkən tərk etməli olublar. Builki dünya çempionatının qrup mərhələsində rekorda da imza atılıb. Qrup mərhələsinin oyunlarında rəqib qapılarına 136 qol vurulub ki, bu da rekord göstəricidir. Növbəti 8/1 mərhələ ərəfəsində çempionatın artıq bombardirləri də məlumdur. Bunlar hərəyə dörd top vuran Neymar (Braziliya), Tomas Müller (Almaniya) və Lionel Messidir (Argentina). Təbii ki, qrup mərhələsində vurulan ən yaxşı qolu da müəyyənləşdirmək mümkündür.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb