Dünya çempionatları tarixinin ən yaxşı bombardirləri siyahısında dəyişiklik olub. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, siyahıda 12 futbolçu yer alıb.
"DÇ-2014"ün yarımfinalında Braziliya ilə görüşdə (7:1) fərqlənən Almaniya millisinin hücumçusu Miroslav Kloze siyahıda hər kəsi qabaqlayıb. 35 yaşlı futbolçu 23 oyuna vurduğu 16 qolla dünya çempionatları tarixinin ən yaxşı bombardiri adını qazanıb.
Braziliya yığmasının sabiq forvardı Ronaldo 15 qolla ikinci, almaniyalı Qerd Müller isə 14 qolla üçüncü olub.
1. Miroslav Kloze (Almaniya) - 23 oyuna 16 qol
2. Ronaldo (Braziliya) - 19 oyuna 15 qol
3. Qerd Müller (Almaniya) - 13 oyuna 14 qol
4. Hyust Fonten (Fransa) - 6 oyuna 13 qol
5. Pele (Braziliya) - 14 oyuna 12 qol
6. Şandor Koçiş (Macarıstan) - 5 oyuna 11 qol
7. Yurgen Klinsmann (Almaniya) - 17 oyuna 11 qol
8. Xelmut Ran (Almaniya) - 10 oyuna 10 qol
9. Qabriel Batistuta (Argentina) - 12 oyuna 10 qol
10. Qari Lineker (İngiltərə) - 12 oyuna 10 qol
11. Teofilo Kubilyas (Peru) - 13 oyuna 10 qol
12. Qjeqoj Lyato (Polşa) - 20 oyuna 10 qol
ANN.Az