Dünya çempionatına ən çox futbolçu göndərən klublar

21:02 | 10.06.2014
Dünya çempionatına ən çox futbolçu göndərən klublar

Dünya çempionatına ən çox futbolçu göndərən klublar

Braziliyada təşkil olunacaq dünya çempionatına ən çox futbolçu yollayan klublar müəyyənləşib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, siyahıya Almaniyanın "Bavariya" klubu başçılıq edir.

Münhen klubu mundialda 15 futbolçu ilə təmsil olunacaq. İngiltərənin "Mançester Yunayted" klubu 14 futbolçu ilə ikinci, "Barselona" (İspaniya) və "Çelsi" (İngiltərə) komandaları isə 13 oyunçu ilə üçüncü pillədə qərarlaşıblar.

Qeyd edək ki, dünya çempionatında iştirak edəcək 736 futbolçudan 114-ü İngiltərə Premyer Liqası, 81-i Almaniya Bundesliqası, 78 oyunçu isə İtaliya A seriyasında forma geyinir. 

1. "Bavariya" (Almaniya) - 15 futbolçu 

2. "Mançester Yunayted" (İngiltərə) - 14 futbolçu 

3. "Barselona" (İspaniya), "Çelsi" (İngiltərə) - 13 futbolçu

4. "Napoli" (İtaliya), "Real" (Madrid, İspaniya), "Yuventus" (İtaliya) - 12 futbolçu

5. "Arsenal" (İngiltərə), "Liverpul" (İngiltərə), "Mançester Siti" (İngiltərə) və 

PSJ (Fransa) - 10 futbolçu

6. "Atletiko" (Madrid), "Zenit" (Rusiya), "Portu" (Portuqaliya) - 9 futbolçu

7. "İnter" (İtaliya), "Milan" (İtaliya) - 8 futbolçu

8. "Borussiya" (Dortmund, Almaniya), "Volfsburq" (Almaniya), 

"Dinamo" (Moskva, Rusiya), "Latsio" (İtaliya), "Tottenhem" (İngiltərə), 

"Şalke" (Almaniya) - 7 futbolçu

9. "Bazel" (İsveçrə), "Qalatasaray" (Türkiyə), "Nyukasl" (İngiltərə), 

"Sauthempton" (İngiltərə), CSKA (Moskva, Rusiya), "Everton" (İngiltərə) -  6 futbolçu

10. "Amerika" (Meksika), "Benfika" (Portuqaliya), "Valensiya" (İspaniya), "Monako" (Fransa), "Olimpiakos" (Yunanıstan), "Parma" (İtaliya), "Real Sosyedad" (İspaniya), "Roma" (İtaliya), "Feyenoord" (Hollandiya), "Fənərbaxça" (Türkiyə) - 5 futbolçu

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM