Kolumbiya millisinin qapıçısı Ferid Mandraqon dünya çempionatında rekorda imza atıb.
“Qafqazinfo” xəbər verir ki, Mandraqon dünya çempionatları tarxində iştirak edən ən yaşlı futbolçu olub. 43 yaşlı Mandraqon dünən Yaponiya ilə keçirilən matçın 85-ci dəqiqəsində meydana daxil olub. Kolumbiyalı qapıçı uzun illər “Qalatasaray”da da forma geyinib.
Mandraqona qədər dünya çempionatında iştirtak edən ən yaşlı futbolçu kamerunlu Roje Mila olub.1994-cü il dünya çempionatında iştirak edən Milanın 42 yaşı vardı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !