Dünya çempionatı ilə bağlı növbəti qalmaqal yaşanıb.
APA TV-nin məlumatına görə, çempionatda iştirak edən Hollandiya millisinin futbolçularının dopinqdən istifadə etməsi haqda məlumatlar yayılıb.
Dünya çempionatında Hollandiyanın İspaniyanı 5:1 məğlub etdiyi oyundan sonra FİFA-nın normal proseduruna görə, 6 hollandiyalı futbolçu dopinq testinə çağırılıb.
FİFA-nın həkimi Georgi Bertolucci məsələ ilə bağlı mətbuata verdiyi açıqlamasında Belçikadan 1, Hollandiyadan 6 futbolçunu dopinq testinə çağırdıqlarını və müayinə nəticəsində həmin futbolçuların dopinqdən istifadə etmələrinin müəyyən edildiyini deyib.Həkim futbolçuların adlarını açıqlamayacaqlarını, lakin bunun dünya futbolu adına ləkə olduğunu söyləyib.
G.Bertolucci futbolçuların dopinqdən istifadə etməsi ilə bağlı FİFA-ya məlumat verdiklərini deyib. O bildirib ki, FİFA onlara cəza verməyib. Hollandiya kubok yarışlarına davam edəcək və bu, heç də ədalətli deyil.
İspan mətbuatına danışan İspaniyanın baş məşqçisi Visente Del Boske bu xəbərlərin təsdiqlənəcəyi təqdirdə çirkin bir vəziyyətlə qarşı-qarşıya qalacaqlarını söyləyib. O bildirib ki, bu doğrudursa, FİFA utanmalıdır.
Xatırladaq ki, Hollandiya DÇ-2014-ün ilk matçında ispanları 5:1 hesabı ilə məğlub edib. İkinci turda isə Avstraliya üzərində 3:2 hesablı qələbə qazanaraq adını 1/8 finala yazdırıb
ANN.Az