Tarixin ən böyük iqlim müdafiəsi yürüşü
Nyu-Yorkda və dünyanın müxtəlif şəhərlərində iqlim problemlərinə diqqət çəkmək üçün böyük yürüşlər keçirilib.
ANN.Az-ın "euronews.com"a istinadən xəbərinə görə, Nyu-Yorkun Mərkəzi Parkında keçirilən yürüşə BMT-nin Baş katibi Pan Ki-Mun və ABŞ-ın keçmiş vitse-prezidenti Al-Qor da qatılıb.
"İqlim dəyişikliyi müasir dövrümüzüz təxirəsalınmaz problemidir, bizim itirməyə vaxtımız yoxdur. Əgər biz indi hərəkətə keçməsək, sonra çox gec olacaq", - Pan Ki-Mun bildirib.
Yürüşlər Rio de Janeyro da daxil olmaqla, Latın Amerikasında da keçirilib, insanlar dayanmadan şüarlar qışqırıblar: "Dəyişiklik, dəyişiklik, dəyişiklik".
Berlin yürüşünün iştirakçıları bildirib ki, onlar əmin olmaq istəyirlər ki, iqlim dəyişikliyi problemi dünyanın digər problemi arasında kölgədə qalmayacaq.
"Biz inanırıq ki, Nyu-Yorkdakı BMT İqlim dəyişikliyi sammiti həlledici olacaq. Buna görə biz siyasi mesaj göndərmək istəyirik. Biz eşitmək və görmək istəyirik ki, siyasətçilər iqlim dəyişikliyi ilə bağlı nəsə edəcəklər", təşkilatçılardan biri deyib.
Belçikada və Avstraliyada da minlərlə insan iqlim problemləriylə bağlı aksiyada iştirak edib, şüarlar səsləndirib.
Qeyd edək ki, sabah BMT-də İqlim Dəyişikliyi problemiylə bağlı sammit keçiriləcək.
ANN.Az