Dünya kinosunun əfsanəsi vəfat etdi

10:11 | 16.12.2013
Dünya kinosunun əfsanəsi vəfat etdi

Dünya kinosunun əfsanəsi vəfat etdi

Britaniyalı aktyor Piter O`Tul 82 yaşında vəfat edib.Milli.Az Agence France-Presse-ə istinadən bildirir ki, ömrünün son illərində ağır xəstə olan dünyaca məşhur aktyor iki gün əvvəl yerləşdirildiyi xəstəxanada keçinib.O`Tul teatrda oynamağa başlasa da, 1962-ci ildə baş rolda oynadığı "Ərəbistanlı Lourens" filmi onu dünyaca populyar etmişdi.Daha sonra Piter O`Tul 50-dən artıq filmdə, o cümlədən "Milyonu necə oğurlamalı" (1966), "Şir qışda" (1968), "Kaliqula" (1979), "Son imperator" (1987), "Troya"da (2004) çəkilib.1999-cu ilədək səhnəyə çıxan O`Tul televiziyada da çalışırdı. 2012-ci ildə, 80 illik yubileyi ərəfəsində O`Tul aktyor karyerasını başa vurduğunu bəyan etmişdi.Buna rəğmən onun son rolu "İsgəndəriyyəli Katerina" filmində canlandırdığı obraz oldu. "Oskar" mükafatına 8 dəfə nominant olsa da, hər hansı filminə görə aktyor bu nüfuzlu mükafata layiq bilinməmişdi. Yalnız 2003-cü ildə aktyora fəxri "Oskar" verildi və Piter O`Tul da ilk əvvəl bu mükafatdan imtina etmək istədi. Halbuki "Ərəbistanlı Lourens" filmi 7 "Oskar" mükafatı almışdı. Lent "Ən yaxşı film" və "Ən yaxşı rejissor işi" nominasiyalarında da qalib olmuşdu.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM