Dünya qocalara qalacaq

19:00 | 08.11.2014
Dünya qocalara qalacaq

Dünya qocalara qalacaq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, beş ildən sonra dünyada yaşlı insanların (yaşı 60-dan yuxarı) sayı uşaqların (5 yaşına çatmamış) sayından çox olacaq.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumat görə, belə demoqrafik dəyişiklik ilk dəfə baş verəcək.

ÜST-nin mütəxəssisləri hesab edirlər ki, hadisələrin bu cür gedişatı ciddi resurs gərginliyi yaradır və qlobal böhrana səbəb ola bilər.

Hazırda dünyada yaşlı insanların sayı 841 milyondur. ÜST-nin proqnozlarına əsasən, 2025-ci ilə onların sayı dünyada 2 milyard olacaq.

Qocaların sayının artmasının bir neçə səbəbi var. Bura insan ömrünün uzanması (xüsusilə inkişaf etmiş sənaye ölkələrində), qan-damar kimi xəstəliklərdən ölənlərin sayının azalması və həyat səviyyəsinin yüksəlməsi aid edilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM