Dünya separatçıları Xankəndində toplaşdı

15:10 | 03.07.2014
Dünya separatçıları Xankəndində toplaşdı

Dünya separatçıları Xankəndində toplaşdı

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində növbəti qanunsuz beynəlxalq konfrans baş tutub.
Modern.az saytı erməni mətbuatına istinadən xəbər verir ki, Xankəndi şəhərində “Boloniya prosesi çərçivəsində diskriminasiyasız təhsil” adlı konfrans keçirilib. 
Konfransın işində Ermənistan, Böyük Britaniya, Fransa, ABŞ, Basklar ölkəsi (İspaniya) və tanınmamış “Dnestryanı respublikası”ndan alimlər və pedaqoqlar iştirak ediblər. 
Artıq yekunlaşmış konfrans çərçivəsində qondarma “Dağlıq Qarabağ Respublikası” və “Dnestryanı Respublika” arasında təhsil sahəsində əməkdaşlığa dair memorandum da imzalanıb.
Sonda iştirakçılar tərəfindən “Xankəndi Bəyannaməsi” qəbul olunub. Aparıcı Avropa strukturlarına ünvanlanan müraciətdə “Dağlıq Qarabağ” və digər qondarma qurumların da beynəlxalq Boloniya sisteminə qəbul olunması təklif olunub.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM