Türkiyənin İzmir şəhərində yerləşən Azərbaycan Dialoq və Qardaşlıq Dərnəyinin təşkilatçılığı ilə “Dünya Xocalını tanıdır” adlı layihəyə start verilib.
“Dünya Xocalını tanıdır, sən də tanıt” devzi ilə baş tutan layihənin məqsədi qətliamın 22-ci ildönümündə ermənilər tərəfindən 613 Azərbaycan vətəndaşının amansızcasına qətl edildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir alındığı insanlığa yaraşmayan faciə haqqında fərqli mədəniyyətlərdən olan əcnəbi tələbələrin daha yaxından bilgiləndirilməsidir.“Dünya Xocalını tanıdır” layihəsi araşdırma və öyrənmə tərzində reallaşdırılan bir bilik müsabiqəsi olaraq keçirilir.Layihə çərçivəsində əcnəbi tələbələrin Xocalını anladacaq şəkildə yazılmış layihələri qəbul ediləcək. Belə ki, göndərilən layihələrdən 10 ən yaxşısı seçiləcək. Seçilən layihələr müəlliflərinin hər birinə planşet təqdim ediləcək.Layihədə iştirak etmək istəyən əcnəbi tələbələr www.dunyahocaliyianlatiyor.com/az ünvanlı saytda “layihə yüklə” bölməsindən istifadə edərək layihələrini göndərə bilərlər. Layihələrin seçim turu fevralın 23-də İzmirin Bayraqlı, Anadolu prospekti 40-da Təpəqülə Konqres və Mədəniyyət Mərkəzində keçiriləcək. Göndərilən layihələrdən ən yaxşı 10 layihə müəllifi mükafatlandırılacaq.Lahiyənin tanıtımı üçün sosial şəbəkələrdə https://www.facebook.com/dunyahocaliyianlatiyor ,http://www.twitter.com/HocaliyiAnlat, və www.dunyahocaliyianlatiyor.com/az,səhifəsi açılıb. Burada Xocalı haqqında görüntülər, məqalələr, videolar, paylaşılaraq geniş bir şəkildə əks olunub.//Anspress
Bizi sosial şəbəkələrdə izləyin !