Azərbaycanda genişzolaqlı internet bağlantısının 2,5%-i saniyədə 10 meqabit və daha yüksəkdir.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə BMT yanında Beynəlxalq Elektrorabit İttifaqı İTU-nun hesabatında bildirilir
Hesabata görə, bu bağlantılar provayder müqavilələrinin 17%-ni təşkil edir.
Azərbaycan 2013-cü ildə ev təsərrüfatlarının internetə qoşulması üzrə inkişaf etməkdə olan ölkələr sırasına daxil edilib və 23-cü yeri (51,5%) tutub. Cənubi Koreya 98,1%-lə birincidir.
İstifadəçi sayına görə Azərbaycan 63-cü yerdədir (58,7%) və İtaliyanı 0,2%-lə keçib. İslandiya 96,5%-lə birincidir. İnkişaf etməkdə olan ölkələr arasında Azərbaycan 24-cü, Bəhreyn birincidir - 90%.
Hesabatda bildirilir ki, 2017-ci ildə dünya əhalisinin 50%-i smartfon və planşet vasitəsilə internet istifadəçisi olacaq. Afrikanın bəzi ölkələri isə prosesdən kənar qala bilər.
Oxu.az