ABŞ-da əhalinin sayı hər səkkiz saniyədən bir yeni insanın anadan olması sayəsində durmadan artır. Eyni zamanda, əhalinin sayının artmasına mühacirət də öz təsirini göstərir: ölkədə hər 33 saniyədən bir yeni mühacir dünyaya gəlir. Əhalinin Siyahıya Alınması Bürosunun təxminlərinə əsasən, doğum, hər 12 saniyədən bir baş verən ölüm halları və mühacirət nəticəsində ABŞ əhalisinin sayı hər 16 saniyədə yeni insanın anadan olması ilə artır.
2015-ci ilin yanvar ayında dünya əhalisinin də sayının artacağı gözlənilir. Büronun proqnozlarına görə, yeni ilin ilk günündə hər saniyədə 4,3 doğum və 1,8 ölüm halı baş verəcək.
Çin dünyada əhalisi ən çox olan ölkə olaraq qalır. Çin əhalisinin sayı 1 milyard 300 milyondan artıqdır. Hindistan dünyada əhali sayına görə ikinci yerdədir. Ölkə əhalisinin sayı 1 milyard 200 milyon təşkil edir ("Amerikanın səsi").
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !