Dünyada ən çox satılan kitablar

18:46 | 15.12.2014
Dünyada ən çox satılan kitablar

Dünyada ən çox satılan kitablar

Bu ilin ikinci yarısında dünyada daha çox satılan non fiction, yəni sənədli janrda yazılan kitablar

Rocer Klark,  "Kabuslar - gerçək hekayətlər”

Böyük Britaniyalı müəllif son kabusları təhqiq edib. Ruhlarla hələ uşaqlıqdan maraqlanan Klark kiçik yaşlarında ingilis adası Uaytda ruhlar olan evdə yaşayıb.  14 yaşında Psixi Araşdırmalar Cəmiyyətinə üzv olub. Bu mövzuda 30 il material toplayandan sonra kitabı yazıb. Kitab "ruhlar varmı” sualına cavab vermir, amma onun 8 tipi, alimlərin bu məsələni necə araşdırmasını, kilsənin münasibətini təfərrüatı ilə danışır.

Erik Lixtblau, "Nasistlərin növbəti qapısı”

İkinci Dünya Müharibəsindən sonra bir çox nasistlərin Şimali Afrika və Cənubi Amerikada gizlənməsi məlumdur.  1970-ci illərdə Amerika Nümayəndələr Palatasının üzvü Elizabet Holtsman Miqrasiya Xidmətindən öyrənib ki, xeyli hərbi cinayətkar Amerikada gizlənir. "The New York Times” qəzetinin jurnalisti, Milli Təhlükəsizlik Nazirliyinin sıravi insanları necə izləməsi haqda kitaba görə "Pulitzer” mükafatı alan E.Lixtblaunun araşdırması göstərir ki, bu, aysberqin yalnız görünən tərəfidir. Müharibədən sonrakı illərdə nasistlər üçün Amerikaya viza almaq asan imiş, nəinki konslagerdə olan əsirlərə. Mərkəzi Kəşfiyyat İdarəsi nasistlərdən öz məqsədləri üçün istifadə edib. Müəllifə görə, hansısa mənada bu kitab da aysberqin görünən hissəsidir, çünki 1940-50-ci illərin bütün sənədləri açıqlanmayıb.

Ziauddin Sərdar,  «Məkkə müqəddəs şəhər”

Əslən pakistanlı olan Ziauddin Sərdar Böyük Britaniyada yaşayan islamşünasdır. Sərdar Avropada islam məsələləri üzrə intellektual hesab olunur. O, kitabında Məkkənin necə qurulduğunu araşdırır.  Müəllif kitabda şəhərin bütün tarixini  yazır – həyat olmayan vadilərdən başlamış şəhərin əsas islam ziyarətgahına çevrilməsinə qədər. Və şəhərin tarixi irsi ilə sonrakı proqressi arasındakı daxili konflikti, islama, mədəniyyətə təsiri və Səudiyyə Ərəbistanında yeri araşdırılır. Sərdar özü dəfələrə Həccdə olub, kitabda həmçinin özünün xatirələrini, şəxsi təcrübəsini də bölüşüb.

Brayan Krebs «Spam Nation»

Spamlar haqda böyük araşdırma olan kitabda müəllif iddia edir ki, spamlar Rusiyada istehsal edilir. O, yazır ki, sovet təhsil sistemindən çıxan riyaziyyatçı və kibernetiklər öz istedadlarını xakerlikdə tətbiq edir.   Müəllif vaxtının çoxunu Moskvada yerli xakerlərlə keçirib və aydınlaşdırıb ki,  əczaçılıqla məşğul olan rus kriminal biznesmenlərinin rəqabəti nəticəsində poçt spamı yaranıb.  Kitabda eyni zamanda xakerlərin bundan necə pul qazanması, müxtəlif ölkələrdə spamlarla necə mübarizə aparılmasından, onlardan qorunmasının yolları yazılıb.

Uolter Mişel "Zefir testi”

"Zefir test”ini (uşaqlara zefir təklif edilir və onu yeməmək üçün dözümlülüyü müşahidə edilir)  

1960-cı illərdə psixologiya üzrə professor, amerikalı Uolter Mişel düşünüb. 84 yaşlı professorun bu kitabda testi necə keçməyi və psixoloji dözümlülüyün yaxşılaşdırmağın yollarından yazır. Onun araşdırmalarına görə, səbirli uşaqların gələcəyi daha uğurludur. Və bu testi keçən uşaqlarda abstrakt təfəkkür daha yaxşı inkişaf edir.  

Əlbəttə ki, bu kitab bayağı dərslik deyil, koqnitiv psixologiyanın (psixologiyanın insan psixikasının idrak prosesini öyrənən bir bölməsi) pionerlərindən birinin yarım əsrlik təcrübəsi, maraqlı yanaşmasıdır.

Bundan başqa müəllif bizim şüurumuzu iki yerə ayırır: ehtiraslara məruz qalan "isti” və qərarlar almağa kömək edən "soyuq” hissəsi. Bu kitab hər iki vəziyyətdən necə faydalanmaq və balansı necə qurmağı öyrədir. //kulis.az
 




0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM