Bu qısa filmi Tayvanda bir telekommunikasiya şirkəti çəkib. Film dünyada rekord sayda izlənib. ANN.Az filmi və qısa əhvalatını təqdim edirik:
Film kiçik bir uşağın aptekdən oğurladığı dərmanlarla tutulması ilə başlayır. Əczaçı uşağı tutur və bunlarla nə edəcəyini soruşur. Uşaq, "Anam üçün" deyir və bu vaxt yaxınlıqdakı dükandaki bir restoran sahibi onlara yaxınlaşır. Dərmanların pulunu ödəyir və torbaya yemək də qoyaraq uşağa verir.
Aradan 30 il keçir. Qızıyla birlikdə işlətdiyi dükanda həmin restoran sahibinin qəfil halı pisləşir, xəstəxanaya aparılır. Qızı, qorxunc bir xəstəxana ödənişi ilə qarşılaşır. Çarəsizlik içərisində qız atasının yanında yatır və oyananda bir qeyd tapır. Qeyddə, xəstəxana xərci sıfır olaraq görünür və "Bu xərc 30 il əvvəl ödəndi" yazılır.
Xərci ödəyən həkim 30 il öncə anası üçün dərman oğurlayan həmin uşaq olur.
ANN.Az