Dünyanın dinc əhalisi üçün fəlakətli 2014-cü il

22:41 | 27.02.2015
Dünyanın dinc əhalisi üçün fəlakətli 2014-cü il

Dünyanın dinc əhalisi üçün fəlakətli 2014-cü il

"Beynəlxalq amnistiya” hüquq müdafiəsi təşkilatı 2014-cü ili dünyanın dinc əhalisi üçün "fəlakətli” hesab edir. Ötən il ərzində çoxsaylı münaqişələr səbəbi ilə minlərlə insan həyatını itirib, 50 milyona qədər insan isə öz evini tərk etmək məcburiyyətində qalıb.

ANN.Az AZƏRTAC-a  istinadən xəbər verir ki, təşkilatın baş katibi Salila Şettinin sözlərinə görə bu, İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın ordusudur.

"Beynəlxalq amnistiya” təşkilatı, həmçinin baş verən hadisələrə dünya ictimaiyyəti tərəfindən effektiv reaksiyanın olmadığından da narazıdır. Təşkilatın fikrincə, mülki əhalinin qorunması, təhlükəsizliyin və sülhün təmin olunması üçün yaradılan BMT keçən il öz uğursuzluğunu nümayiş etdirib. Təhlükəsizlik Şurasının üzvləri isə veto qoymaq hüquqlarından geosiyasi maraqları naminə sui-istifadə ediblər.

Təşkilat qeyri-leqal mühacirətə Avropa İttifaqının kollektiv cavabına da sərt reaksiya verib. Belə ki, 2014-cü ildə Aİ ölkələrinə keçməyə cəhd edərkən Aralıq dənizində ən azı 3500 afrikalı qaçqın həlak olub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM