"France-Presse" agentliyi yazıb ki, "Google" internet şirkəti bazar kapitallaşdırmasının həcminə görə dünyanın ən böyük korporasiyaları siyahısında "ExxonMobil" neft şirkətini ikinci yerdən sıxışdırıb çıxarıb. Qeyd edək ki, "Google" bazar kapitallaşdırmasına görə dünyanın ən bahalı şirkətləri siyahısında tarixində birinci dəfə ikinci yerdə qərarlaşıb.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, fevralın 10-da ABŞ birjalarında hərracların nəticəsinə görə, "Google"un bazar kapitallaşdırmasının həcmi 394 milyard dollar, "ExxonMobil"da isə 388 milyard dollar olub. Hər iki şirkətin səhmlərinin birja kotirovkası fevralın 10-da azalıb, lakin "ExxonMobil" daha çox ucuzlaşıb.
Dünyanın ən bahalı şirkətlərinin siyahısında birinci yerdə "Apple" korporasiyası qərarlaşıb. 10 fevral tarixinə olan məlumata görə, şirkətin bazar kapitallaşdırması 472 milyard dollar təşkil edib. Xatırladaq ki, "Apple" 2011-ci ildə dünyanın ən bahalı şirkəti adına layiq görülüb.
"ICTnews"