Dünyanın ən bahalı və ən ucuz şəhərləri - SİYAHI

09:50 | 09.01.2014
Dünyanın ən bahalı və ən ucuz şəhərləri - SİYAHI

Dünyanın ən bahalı və ən ucuz şəhərləri - SİYAHI

Dünyanın müxtəlif yerlərində yaşayış xərclərini müqayisə edən “Expatistan.com” saytı hesabat yayıb. Araşdırmanın nəticələrinə görə, ən bahalı şəhər Böyük Britaniyanın paytaxtı Londondur. Norveçin paytaxtı Oslo ikinci, İsveçrənin Cenevrə şəhəri üçüncüdür.

İlk onluqda qalan yeddi şəhər belə sıralanıb: Sürix (İsveçrə), Nyu-York (ABŞ), Lozanna (İsveçrə), Sinqapur, Paris (Fransa), San-Fransisko (ABŞ), Kopenhagen (Danimarka).

Rusiyanın paytaxtı Moskva siyahıda 62-ci yeri tutur. Ankara (Türkiyə) 152-ci, Kiyev (Ukrayna) 157-ci, Tehran (İran) 180-ci pillədədir.Ən ucuz şəhər isə Venesuelanın paytaxtı Karakasdır (193-cü yer).“Expatistan.com” saytı hesabata Azərbaycanın Yevlax şəhərini də daxil edib.“Azadlıq” radiosu xəbər verir ki, hesabat 1600 şəhəri təmsil edən 200 min istifadəçidən alınmış məlumat əsasında hazırlanıb.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM