Dünyanın ən böyük sirlərindən biri açılır?

11:00 | 20.12.2013
Dünyanın ən böyük sirlərindən biri açılır?

Dünyanın ən böyük sirlərindən biri açılır?

Ekvadorda Amazon selvasını tədqiq edən Fransa və ABŞ universitetlərindən olan alimlər Lyanhanates Milli Parkında qədim xərabələr aşkarlayıblar.

Ekspedisiya zamanı uzunu 80, hündürlüyü 80 metr olan və hər biri ən azı 2 ton ağırlığında yüzlərlə daş bloklardan ibarət piramida görülüb.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, alimlər bu tikilinin nə olduğunu hələ dəqiq bilmirlər. Lakin onların fikrincə, bina inklərin son və əfsanəvi imperatoru Atualpanın sərdabəsi, ya da ən azı 2600 il yaşı olan pansaleo irsinin abidəsi ola bilər.

Belə versiya da var ki, alimlər 1533-cü ildə imperator Atualpa üçün ispan konkistador Fransisko Pizarronun qoşunlarına ödəmək üçün yığdıqları Lyanhanates xəzinəsini aşkarlayıblar.

Bu xəzinənin dəqiq ölçüsü bilinmir. Amma bir çox əsərlərdə həmin xəzinədə yüzlərlə kiloqram, hətta yüzlərlə ton qızıl və gümüş olduğu vurğulanırdı.

Alimlər tikilinin yer altında olan hissəsində bir neçə otaq olduğunu deyirlər.

Ekvadorun hakimiyyət dairələri tapıntı məkanına yeni ekspedisiya yollamaq niyyətindədir. Xərabələr Banyos de Aqua Santa şəhərindən 32 km aralıda olsa da, sıx cəngəlliklər ucbatından yol 8 saat davam edir.

Xərabələrin tapıldığı məkan dəniz səviyyəsindən 2600 metr yüksəklikdədir.

Həmin yer üçün səciyyəvi olan torpaq sürüşmələri ucbatından tapılan tikilinin böyük qismi torpaq altındadır.Alimlər əsas binanın ətrafında bir neçə kurqan da tapıblar. Həmin kurqanlar da inklərin tikililəri ola bilər. Ərazisi 1 kvadrat kilometr olan məkanda alimlər qədim ink dövlətinin izlərini, habelə bu məkanı ink sivilizasiyasının başqa mərkəzləri ilə bağlayan yolları tapmaq ümidindədirlər.Onlar "ikinci Maçu-Pikçu" tapdıqlarını istisna etmirlər. Alimlər deyirlər ki, bu yerdə qızıl hasilatı ilə məşğul olan şəhər varmış və ölçüsünə görə məkan Perudakı əfsanəvi şəhər-qaladan da böyük ola bilər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti