Dünyanın ən güclü 7 ölkəsindən Rusiyaya XƏBƏRDARLIQ

11:58 | 03.03.2014
Dünyanın ən güclü 7 ölkəsindən Rusiyaya XƏBƏRDARLIQ

Dünyanın ən güclü 7 ölkəsindən Rusiyaya XƏBƏRDARLIQ

7 ölkə Rusiyada keçiriləcək G8 sammitinə hazırlığı dayandırdı

"Böyük səkkizliy"ə daxil olan 7 ölkə Rusiyanın Ukraynaya olan münasibətini tənqid edib və bəyan ediblər ki, Soçidə keçiriləcək sammitdə iştirak hazırlığını dayandırırlar. 

ANN.Az-ın verdiyi xəbərə görə, bu barədə Ağ Ev bazar ertəsi bəyanat yayıb. Bəyanatda deyilir: "Rusiyanın Ukraynaya müdaxiləsi G7 və G8-in əsas prinsiplərinə və dəyərlərinə ziddir. Buna görə də biz qərara gəlmişik ki, əgər bu şərait dəyişməsə, iyun ayında Soçidə keçirilməsi planlaşdırılan "böyük səkkizlik" sammitinə iştirak hazırlığını dayandıraq".

Bəyənata Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ, həmçinin Avropa Şurası və Avrokomissiya imza atıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM