Dünyanın ən hündür adamı Xocalı aksiyasında

21:48 | 28.02.2014
Dünyanın ən hündür adamı Xocalı aksiyasında

Dünyanın ən hündür adamı Xocalı aksiyasında

Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Avstraliyadakı Azərbaycan diasporu tərəfindən təşkil olunan silsilə etiraz-məlumatlandırma aksiyaları bu gün də davam edib. Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyətindən APA-ya verilən məlumata görə, Azərbaycan-Türk Dostluq Cəmiyyətinin prezidenti, Türk Quruluşları Federasiyasının vitse-prezidenti İmaməddin Qasımovun təşəbbüsü ilə ölkədəki ən böyük məscid olan Gelibolu Camisində 3500-dək insanın iştirak etdiyi cümə namazından öncə soyqırımı barədə ətraflı məlumat verilib, Xocalı qurbanlarının ruhuna “Yasin” oxunub və dualar edilib. Daha sonra Avstraliya qanunverici orqanlarına ünvanlanması nəzərdə tutulan və soyqırımı aktına hüquqi-siyasi qiymətin verilməsinə çağırışın yer aldığı müraciət üçün böyük imza toplama mərasimi keçirilib. Mərasimdə çıxış edən İ.Qasımov Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını, erməni və rus qoşunları tərəfindən yerli dinc azərbaycanlılara qarşı qətliamların törədilməsini və Xocalı soyqırımının dünyada tanınmasında türk xalqlarının birgə fəaliyyətinin zəruriliyini qeyd edərək, artıq dünyanın bir sıra ölkələrinin bu qətliamı soyqırımı kimi tanıdığını vurğulayıb.  Tədbir iştirakçılarına soyqırımı aktına dair faktları əks etdirən kitablar və broşürlər paylanılıb. İmza toplama aksiyasına qatılan Ginnesin Rekordlar Kitabına hazırda həyatda olan ən uca boylu (2,51m) insan kimi düşmüş Sultan Kösen də sənədə imza atıb. Qeyd edək ki, aksiyalar Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyinin dəstəyi ilə keçirilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM