Çin dünyanın ən yüksək dağı hesab olunan Everestin altından tünel çəkməyi planlaşdırır.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Çin hakimiyyəti qonşu Nepal ilə birlikdə saatda 540 kilometr sürətlə hərəkət edən qatar üçün dəmiryol xətti çəkmək niyyətindədir. Sürətli qatarın hərəkət edəcəyi bu dəmir yol xətti Everest dağının altından keçəcək və adıçəkilən iki ölkəni birləşdirəcək.
"China Daily" qəzetinin yazdığına görə, 2020-ci ildə tamamlanması proqnozlaşdırılan bu dəmir yol xətti "Qomolonqma" adlanacaq. Tunelin uzunluğunun nə qədər olacağı açıqlanmır, amma xatırladaq ki, Everest dağının hündürlüyü 8848 metrdir. Layihənin memarı olan Wang Mengshunun sözlərinə görə, normalda şərtlərə saatda 300 kilometr sürətlə hərəkət edən qatar Everestin yüksəklik problemləri səbəbilə saatda 120 kilometri keçə bilməyəcək.
Artıq dağın Çin sərhədində layihə üzrə işlərin başlanmasına start verilib.
Bizi sosial şəbəkələrdə izləyin !