İspaniyalı ixtiraçılar dünyanın ən kiçik uçan kamerasını yaratmağa müvəffəq olublar. "Report" xəbər verir ki, "3D Pocketcopter" adlı qurğu yüksək imkanlara malik kamera (HD), simsiz Wi-Fi və Bluetooth modulları, mühərrik və batareya ilə təchiz olunub. "3D Pocketcopter"in uzunluğu 19 sm, diametri isə 4,5 sm.-dir. Qurğu OS Android, iOS və ya Windows Phone smartfonları ilə idarə olunur. Onun hərəkət radiusu 10 metr, batareyanın davamlılıq müddəti isə 25 dəqiqədir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !