Çin yuanı beynəlxalq hesablaşmalarda ən çox istifadə olunan 5 valyutadan biri olub.
ANN.Az Fins.az-a istinadən xəbər verir ki, "SWIFT” – pulköçürmə sisteminin məlumatına görə, ötən ilin dekabr ayında yuanın dövlətlərarası hesablaşmalarda payı 2,17% olub. Şirkətin nümayəndəsi Vim Raymekers bildirib ki, bu, yuanın beynəlmilləşməsi, biznes üçün ənənəvi valyutaya çevrilməsidir. Hazırda aparıcı valyutaların reytinqində liderlik ABŞ dollarına və avroya məxsusdur. Onlar hesablaşmalarda müvafiq olaraq 44,6% və 28,3% payla təmsil olunur. İngilis funt sterlinqi 7,92%-lə 3-cü yerdə qərarlaşıb. Yaponiyanın milli valyutası – yen isə 2,69% payla 4-cüdür.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !