Dünyanın ən məşhur muzeyini siçovullar basdı - VİDEO

09:27 | 30.07.2014
Dünyanın ən məşhur muzeyini siçovullar basdı - VİDEO

Dünyanın ən məşhur muzeyini siçovullar basdı - VİDEO

Siçovullar günün günorta çağı cəsarətli şəkildə ot üzərində gəzişirFransada Parisin məşhur Luvr muzeyinin parkını sözün əsl mənasında siçovul basıb. Məlumata görə, artıq bir ilə yaxındır ki, parkda bu gəmiricilərin əlindən tərpənmək olmur.Onlar xüsusilə isti aylarda fəallaşıb. Sanitar-epidemioloji işçilər tərəfindən öldürülməkdən belə qorxmayan bu siçovullar günün günorta çağı cəsarətli şəkildə ot üzərində gəzişir.Şəhər administrasiyasına görə, artıq park ziyarətçiləri də siçovullara alışıb. Ancaq bir çox xarici turistlər gəmiriciləri qorxu ilə qarşılayır.Park Luvr muzeyinin balansındadır. Luvr rəhbərliyi artıq bir neçə ay siçovul probleminə qarşı mübarizə aparsa da, görülən işlər lazımı nəticə verməyib.//Anspress

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti