Tokio Texnologiya İnstitutunun mütəxəssisləri tərəfindən yaradılan “Tsubame-KFC” superkompüteri bu kateqoriyalı qurğular arasında dünyanın ən qənaətcil superkompüteri hesab edilir. Bunun üçün superkompüterin prosessorları hava ilə deyil, xüsusi maye ilə soyudulur.İctnews.az xəbər verir ki, “Tsubame-KFC” saniyədə 4,5 milyard hesablama apararaq buna yalnız 1 vatt enerji sərf edir. Virciniya Politexnik İnstitutunun mütəxəssisləri uzun müddətdir 500 ən qənaətcil hesablayıcı maşının reytinqinin tərtib olunması ilə məşğul olurlar. İnstitutun saytında yeni superkompüter haqqında ətraflı məlumat əldə etmək olar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !