Dünyanın ən sürətli “4G” şəbəkəsi işə salındı

14:50 | 15.11.2013
Dünyanın ən sürətli “4G” şəbəkəsi işə salındı

Dünyanın ən sürətli “4G” şəbəkəsi işə salındı

Huawei” şirkəti Böyük Britaniyada “EE” rabitə operatorunun dünyanın ən sürətli “4G” (LTE-A) şəbəkəsinin işə salınması üzrə tərəfdaşı rolunda çıxış edib. İctnews.az xəbər verir ki, hazırda bu xidmət növündən Londonun “Tech City” “Yüksək Texnologiyalar Parkı”nda istifadə etmək mümkündür. 2014-cü ildə xidmətin bütün London ərazisini əhatə etməsi nəzərdə tutulur. Genişzolaqlı mobil rabitənin sürəti 300 Mbit/saniyəyədək təşkil edəcək.  Şəbəkənin sürəti və imkanlarını gələcək nəsil simsiz mobil rabitə şəbəkələrinə sürəti ən müasir “LTE” şəbəkələri ilə müqayisədə təxminən iki dəfə artırmağa imkan verən tezlik daşıyıcılarının birləşməsi texnologiyası (Carrier Aggregation, CA) təmin edir, - "Huawei”in məlumatında deyilir. “EE” dekabrda şəbəkənin rəsmi sınaqlarına başlamaqla "Tech City” ərazisində yerləşən ofislərə mobil “Wi-Fi” təqdim edəcək.    Tezlik daşıyıcılarının birləşməsi texnologiyası yüksəksürətli genişzolaqlı xidmətlərin yeni səviyyədə inkişafını təmin edərək operatorlara tezlik resurslarını optimallaşdırmağa və məlumatların bir neçə daşıyıcı tezliyində ötürülməsi ilə sürəti xeyli artırmağa imkan verir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb