Dünyanın ən təhlükəli yolu - FOTOLAR

21:25 | 20.11.2014
Dünyanın ən təhlükəli yolu - FOTOLAR

Dünyanın ən təhlükəli yolu - FOTOLAR

Norveçin Molde və Kristiansund şəhərləri arasındakı sahil yolu dünyanın ən təhlükəli yolu kimi tanınır.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Atlantik okeanı sahilindəki 8.3 kilometrlik yol iti döngələri, yola çırpılan dalğalar və güclü külək ucbatından sürücülərə böyük çətinliklər yaşadır. Yolun fotoları sosial şəbəkələrdə baxılma rekordları qırır.1989-ci ildə inşa edilən yolu istifadə edən sürücülərin dənizdən əsən həddindən artıq külək, dalğalar və xüsusilə yolun qışda donmasına görə çox diqqətli olması lazımdır.Norveçli səlahiyyətlilər xüsusilə turistlərin çox diqqətli olmaları lazım olduğuna diqqət çəkdikləri yolda bu günə qədər 12 böyük fırtınanın yaşandığını və yolda mənzərəni izləyən 70 yaşında israilli bir turistin öldüyünü bildirib.Xeyli turist cəlb edən bölgədəki dənizdə də çox sayda gəmi qəzası baş verib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM