ANN.Az dünyanın ən zəngin banklarının siyahısını təqdim edir.
1. Wells Fargo (Amerika) - bazar dəyəri: 261.72 milyard dollar
Wells Fargo maliyyə xidmətləri və şöbələriylə dünyanın ən zəngin bankıdır.
2.JP Morgan Chase (Amerika) - bazar dəyəri: 229.90 milyard dollar
JP Morgan Chase 2000-ci ildə Chase Manhattan Corporation və JP Morgan & Co şirkətlərinin birləşməsi nəticəsində yaranıb.
3. Industrial and Commercial Bank of China (Çin) - bazar dəyəri: 196.21 milyard dollar
Çinin ən böyük dörd bankından biri olan “Industrial and Commercial Bank of China”, ümumi gəlirini 2014-cü ildə 3.1 trilyona çıxaran ən böyük ticarət bankıdır.
4. HSBC Holding (İngiltərə) - bazar dəyəri: 191.43 milyard dollar
Londonda fəaliyyət göstərən “HSBC Holding”, siyahıda olan ilk ingilis bankıdır. “HSBC Holding” çox istiqamətli bank və maliyyə xidmətləri olan şirkətdir.
5. Bank of America (Amerika) - bazar dəyəri: 181.77 milyard dollar
Ümumi gəliriylə Amerikanın ən böyük ikinci bankı olan “Bank of America” 21-ci əsrin ən böyük şirkətidir.
6. China Construction Bank (Çin) - bazar dəyəri: 160.83 milyard dollar
“China Construction Bank”, Çinin ən böyük ikinci, dünyanın ən varlı altıncı bankı olaraq siyahıda yer alır. Bankın xalis mənfəəti keçən ilin sonunda 34.98 milyard dollar olub.
7. Citigroup - bazar dəyəri: 144.63 milyard dollar
Nyu Yorkda yerləşən bu bank Amerikanın ikinci ən varlı bankıdır. 2008-ci ildə dağıdıcı iqtisadi böhran banka ciddi təsir etdi. Son bir neçə ildə özünə gələn bank bu il 144.63 milyard dollarla dünyanın ən varlı bankları arasında 7-ci sıradadır.
8. Agricultural Bank of China (Çin) - bazar dəyəri: 126.41 milyard dollar
Çinin ən böyük əkinçilik bankıdır. 320 milyondan artıq pərakəndə satış mağazası, 3 milyona yaxın razılaşmalı müştərisi və dünyaya yayılmış 24 min şöbəsi ilə dünyadakı ən güclü xalq şirkətlərinin arasında 2-ci sıradadır.
9. Bank of China (Çin) - bazar dəyəri: 115.92 milyard dollar
Çinin ən qədim bankı olan Bank of China 1912-ci ildə “İmperial Bank of China” bankının yerini aldı. Bu gün dünyanın bir çox fərqli ölkəsində fəaliyyət göstərən bank 2013cü ildə 26.4 milyard dollar qazanc əldə edərək Çinin ən böyük dördüncü bankı olub.
10. Commonwealth Bank (Avstraliya) - bazar dəyəri: 131.53 milyard dollar
Tamamilə özəlləşdirilmişbeynəlxalq bir bank olan “Commonwealth Bank”, 1911-ci ildə Avstraliyada qurulub.Birjada Avstraliyanın ən böyük ikinci özəl şirkətidir. Avstraliyanın ən böyükdörd bankından biri və qazanclarına görə dünyada banklar siyahısında iyirmibank arasında 131.53 milyard dollarla onuncu sıradadır.
ANN.Az