Dünyanın ən yaşlı qadını 117 yaşında vəfat etdi

10:29 | 01.04.2015
Dünyanın ən yaşlı qadını 117 yaşında vəfat etdi

Dünyanın ən yaşlı qadını 117 yaşında vəfat etdi

Aprelin 1-də səhər yaponiyalı uzunömürlü Misao Okava vəfat edib. Planetin ən yaşlı sakini martın 5-də 117 yaşını qeyd edib. 

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, o, özünü xoşbəxt insan hesab edirdi. Onun sözlərinə görə, uzun ömür sürməyə ona gündəlik 8 saatlıq yuxu və suşi yeməyi kömək edib. 

Misao Okava 1898-ci ildə anadan olub. O bir dəfə ailə qurub və 1931-ci ildə dul qalıb. Qadın 2013-cü ildə - həmvətəni Dziroemon Kimuranın vəfatından sonra dünyanın ən yaşlı sakini olub.

İndi dünyanın ən yaşlı sakini Arkanzas sakini Gertruda Uiver oldu. Onun 116 yaşı tamam olub. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM