Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən ilin ən yaxşı hakimlərinin adlarını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, ingilis hakim Hovard Uebb 2013-cü ilin ən yaxşı referisi seçilib. O, 102 xal toplayıb.
Səsvermənin nəticəsinə əsasən Çempionlar Liqasının son final oyununu – “Bavariya” ilə “Borussiya” (Dortmund) görüşün idarə edən Nikola Rizzoli (İtaliya) liderdən 20 xal geri qalıb. İlk “üçlüyü” 2 il öncə ən yaxşı seçilən macar Viktor Kaşşai qapayıb (53 xal).
Növbəti sıralarda isə Feliks Brix (Almaniya, 42 xal), Cüneyt Çakır (Türkiyə, 40), Byorn Kuypers (Hollandiya, 38), Pedro Proensa (Portuqaliya, 35), Ravşan İrmatov (Özbəkistan, 29), Karlos Karbalyo (İspaniya, 22) və Canluka Rossi (İtaliya, 17) qərarlaşıblar.
APA