"Mercedes-Benz" 2015-ci il üçün dünyanın ən yaxşı avtomobili seçilib.
ANS PRESS-in məlumatına görə, hər il keçirilən WCOTY - "World Car of the Year" müsabiqəsinin bu dəfəki qalibi Nyu-Yorkda elan edilib. Dünyanın ən yaxşı avtomobili nominasiyası uğrunda 24 şirkət mübarizə aparıb.
Finalda "Ford"un Mustang və "Volkswagen"in Passat modelləri "Mercedes-Benz"in C-sinifinin rəqibi olub. Müsabiqənin ümumi nətəcəsinə əsasən"Mercedes-Benz" dünyanın ən yaxşı avtobili adına layiq görülüb.
Ən yaxşı maşınlar dörd xüsusi kateqoriya üzrə seçilib: ən lüks avtomobil (World Luxury Car) "Mercedes-Benz"in S-Coupe modeli, idman avtomobili (World Performance Car) – "Mercedes-AMG"in GT kupesi, ən ekoloji təmiz (World Green Car-a) "BMW" i8, ən yaxşı dizayna görə (World Car Design) "Citroen"in C4 Cactus modeli mükafata layiq görülüb.
Müsabiqənin münsiflər heyəti dünyanın 22 ölkəsindən olan ixtisaslaşmış nəşrlərin 75 jurnalistindən ibarət olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !